Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib.
Dörd saata yaxın davam edən iclasın ardından dövlət başçısı mətbuata açıqlamalar verib.
Ərdoğan ölkədəki on səfirliyin Osman Kavala işi ilə bağlı bəyanatını Türkiyənin daxili işlərinə qarşımaq cəhdi kimi qiymətləndirildiyini və buna layiqli cavab verildiyini bəyan edib. O, Vyana sazişinin 41-ci maddəsinə sadiqliklərini ifadə edən səfirliklərin bundan sonra bəyanatlarında daha diqqətli olacaqlarına inandığını bildirib.
Mənbə: “Haber Global”