Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir » Median.Az - Bütün xəbərlər bir ünvanda
12:57 İranda mədən çökdü: Ölən və yaralananlar var  |     12:46 Ceyhun Bayramov: "Fransanın bəhanə ilə iqlim mövzusundan kənar qalması yalnış addımdır"  |     12:39 Bakının bəzi ərazilərdə bir gün su olmayacaq  |     12:29 Mikayıl Cabbarov Emi Breyşio ilə görüşüb  |     12:22 Bakıda binaların fasadlarında yeni divar rəsmləri peyda oldu  |     12:17 Süni itellekt Mayk Taysonla Ceyk Pol arasındakı döyüşün qalibini açıqlayıb  |     12:12 Rusiya Federasiyasının Baş prokuroru Bakıya gəlib  |     11:35 Alparslan Bayraktar COP29-da Ankaranın nüvə enerjisi sahəsindəki hədəflərindən danışdı  |     11:22 Bu gündən yaşayış binalarına İSTİLİK VERİLMƏSİ START GÖTÜRÜR  |     11:19 Filipp Kirkorov axtarışa verildi  |     22:29 Pentaqon ABŞ hökumətinin yerdən kənar texnologiyaya malik olduğunu inkar edib  |     22:10 İsrail HHQ Suriyada “İslami Cihad”ın obyektlərinə zərbələr endirib  |     22:02 COP29-un ən balaca iştirakçısı (VİDEO)  |     21:57 Polşa Koreya tanklarını Kalininqrada yaxınlaşdırdı  |     21:50 Ukrayna atom bombası hazırlayır? - Rəsmi Kiyevdən açıqlama  |     21:44 Dünya Bankı 10 ildə iqlim maliyyələşdirilməsinə 150 ​​milyard ABŞ dolları ayıra bilər  |     21:41 Azərbaycanlı müğənni evini 280 000 AZN-ə satır (VİDEO)  |     21:35 Əmək müqavilələrinin sayı 2 milyona çatır  |     21:27 "Qalatasaray"dan İkardinin həbsi ilə bağlı AÇIQLAMA  |     21:20 Hansı yaşda alkoqoldan tamamilə imtina etmək lazımdır? - Həkim  |    

Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir

Danimarkanın Vestas şirkəti dünyanın ən iri və ən güclü külək turbinini inşa edir.

Median.Az
AZƏRTAC-a istinadən bildirir ki, Vestas tərəfindən inşa edilən yeni külək generatoru Avropanın ən böyük göydələnləri ilə müqayisə edilə biləcək boyda - 280 metr hündürlüyə malik olacaqdır.

Bir çox göstəriciləri ilə rekord qıran bu külək turbini Danimarkanın Osterild Yaşıl Enerji Test Mərkəzində quraşdırılacaq. Planlara görə, turbinin quraşdırılması 2022-ci ilin ikinci yarısına qədər başa çatacaq, qurğudan ilk elektrik enerjisinin isə həmin ilin dördüncü rübündə alınması gözlənilir. Vestas yeni turbinin göstəriciləri haqqında danışarkən bildirib ki, hər birinin uzunluğu 115,5 metr üç qanada sahib olacaq qurğuda rotorun diametri təxminən iki futbol meydanı ölçüsü qədər - 236 metr təşkil edəcək.

Qələcəkdə nəhəng külək türbininin hər il 80 giqavat elektrik enerjisi istehsal etməsi nəzərdə tutulur ki, bu da 20 min evi elektrik enerjisi ilə təmin etmək üçün kifayətdir. İstehsalçı şirkət nümayəndələrinin fikrincə, belə böyük bir turbinin prototipinin quraşdırılması qlobal külək enerjisi sənayesində texnoloji yenilik və miqyas baxımından inkişafa səbəb olacaq.

Qeyd edək ki, Danimarka alternativ enerjinin istifadəsində daha əvvəl başlayan ölkə kimi, hazırda bu sahədə dünya liderlərindən biri olması ilə tanınır. 2020 -ci ildə külək və günəş enerjisi birlikdə Danimarkanın elektrik istehsalının yarıdan çoxunu təmin edib. Krallıq 2035-ci ilə qədər bu payı 84 faizə çatdırmağı qarşısına məqsəd qoyub.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 245 22.10.21 22:30