Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və onun tərəfdaşları pandemiya zamanı tibbi personalın mühafizəsini gücləndirmək barədə dünya ölkələrinə çağırış edib.
Bəyanatda təkcə 2020-ci ilin yanvar və 2021-ci ilin may ayları aralığında 180 minədək tibb işçisinin koronavirusun qurbanı olduğu bildirilib.
ÜST bu rəqəmləri nəzərə alaraq, tezliklə ölkə rəhbərlərindən tibb əməkdaşlarının daha yaxşı qorunması üçün konkret addımların atılmasını gözlədiyini bəyan edib.
Sənəddə həmçinin, son zamanlar “ağ xalatlılar” arasında COVID ölümlərinin azaldığı da qeyd edilib.