Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin Tbilisidə saxlanılmasının görüntüləri yayılıb.
Kadrlarda M.Saakaşvilinin hüquq-mühafizə orqanları əməkdaşları ona yaxınlaşan zaman nahar etdiyi müşahidə olunur. Əlinə qandal vurulan M.Saakaşvilinin aparılması zamanı polislər tərəfindən zor tətbiq edilməyib.
Xatırladaq ki, M.Saakaşvili oktyabrın 1-də saxlanılıb. Elə həmin gündən siyasətçi aclıq aksiyasına başlayıb.