Hakerlər “Coinbase” kriptovalyuta birjasının ən az 6 min müştərisinin kriptovalyutasını oğurlayıb.
Bu barədə “Coinbase”in müştərilərə göndərdiyi bildirişdə qeyd olunub.
Məlumata görə, kiber hücum mart-may aylarında reallaşıb, hakerlər hesablara çatmaq və “Coinbase” ilə əlaqəsi olmayan kripto cüzdanlarına pul köçürmək üçün şirkətin SMS doğrulama təhlükəsizliyindəki boşluqdan istifadə ediblər.
“Coinbase” hadisə aşkar edildikdən sonar SMS ilə hesabların qorunması protokollarının yeniləndiyi, hesablara nəzarəti yenidən bərpa etmək və itirilmiş vəsaitin ödənilməsi üçün müştərilərlə birlikdə calışdıqlarını bildirilib.