Türkiyədə istifadə olunan koronavirus peyvəndlərinin sayı 110 milyonu keçib.
Beləliklə, Türkiyə Avropada vaksinasiyaya görə birinci, dünyada isə yeddinci ölkə olub.
Bu barədə Türkiyə səhiyyə naziri Fəxrəddin Qoca “Twitter” hesabında yazıb.
O əlavə edib ki, ilk altı yerdə peyvənd istehsalçısı, Çin və ABŞ-la yanaşı əhalisi çox olan ölkələr var.