Gürcüstanın keçmiş prezident Mixail Saakaşvili həbsinin qondarma ittihamlarla icra olunduğunu bildirib.
Bu barədə məlumat Mixail Saakaşvilinin “Facebook” səhifəsində onun həbsxanadan ünvanladığı məktubda əksini tapıb.
Saakaşvili qeyd edib:
“Kiyevdən bura çıxıb gələndə bilirdim ki, saxta hökmlərlə həbs olunacağam”.
O daha sonra Gürcüstan xalqına müraciət edərək deyib: “Mənim, daha da önəmli olan Gürcüstanın azadlığı sizin hərəkətlərinizdən və mübariz ruhunuzdan asılıdır”.
Qeyd edək ki, M.Saakaşvili oktyabrın 1-də Gürcüstanın paytaxtı Tbilisidə saxlanılıb. O, Rustavi həbsxanasına aparılıb.
Gürcüstan hökuməti M.Saakaşvilini bir neçə maddə üzə (vəzifə səlahiyyətlərindən sui-istifadə, dövlət çevrilişi və s.) təqsirləndirir.