ABŞ-ın "Google" şirkətinə məxsus "YouTube" xidməti koronavirusa qarşı peyvəndlə bağlı yalan məlumatları siləcək.
"Report" "Prime"a istinadən xəbər verir ki, bunu "YouTube"un vitse-prezidenti Matt Halprin keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, məqsəd cəmiyyətdə ajiotajın yaranmasının qarşısını almaqdır.
"Hazırda istifadə olunan, təsdiqlənmiş, eləcə də yerli tibb qurumları və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsirli və təhlükəsiz olduğu aşkar edilən peyvəndlərlə əlaqədar qeyri-dəqiq məlumatlar avtomatik silinəcək", - Halprin bildirib.