Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə Soçidə keçirilən danışıqları məhsuldar adlandırıb.
Bu barədə o, öz tviter hesabında yazıb.
Paylaşımda deyilir: "Həmkarım Putinlə məhsuldar danışıqlardan sonra Soçidən ayrıldıq".
Xatırladaq ki, Türkiyə və Rusiya liderləri Rəcəb Tayyib Ərdoğan və Vladimir Putinin görüşü bu gün Soçidə baş tutub.