Yaponiyanın keçmiş xarici işlər naziri Fumio Kisida seçkilərinin ikinci turunun nəticələrinə görə, ölkənin hakim Liberal Demokrat Partiyasının rəhbəri seçilib.
O, Yaponiyanın yeni baş naziri olacaq.
İkinci turda partiya başçısı postu uğrunda Kisida və ölkədə peyvənd kampaniyasından məsul, inzibati islahatlar naziri Taro Kono mübarizə aparıb.
Mənbə: “RİA Novosti”