Yunanıstanın Krit adasında 5,2 bal gücündə zəlzələ qeydə alınıb.
Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Bildirilir ki, zəlzələnin episentri 137 min əhalinin yaşadığı Heraklion şəhərindən 18 km cənub-şərq istiqamətində yerləşib.
Zəlzələnin ocağı yerin 2 km dərinliyində olub.
Dağıntı və tələfatlarla bağlı məlumat verilmir.
Qeyd edək ki, dünən də Krit adasında 6,5 bal gücündə zəlzələ baş verib. Nəticədə bir nəfər həlak olub, on nəfər yaralanıb.