Avropa Şurası Parlament Assambleyası (AŞPA) “Qadın və kişilərin AŞPA-da təmsilçiliyi” adlı qətnamə qəbul edib.
“Report” un Fransa bürosu bildirir ki, qətnamə ölkələri AŞPA-dakı nümayəndə heyətətlərində qadınların sayını artırmağa çağırır.
Sənəddə bildirilir ki, qadınlar AŞPA-dakı nümayəndə heyətlərinin azı üçdə birini təşkil etməlidirlər. Sonra qadın deputatların sayı 40 faizə çatdırılmalı və yaxın gələcəkdə onlar nümayəndə heyətlərinin yarısını təşkil etməlidirlər.
“Bu gün istər AŞPA-dakı siyasi partiyalar tərəfindən kommissiyalar təşkil olunarkən, istərsə də komissiyalarda məruzəçilərin təyinatı zamanı “üçdə bir” prinsipinə əsaslanan kvotaya riayət olunmalıdır”, - qətnamədə vurğulanır.