Qalmaqallı irlandiyalı döyüşçü Konor Makqreqor növbəti dəfə diqqət mərkəzinə düşüb.
Belə ki, Mayamidə yerləşən restoranlardan birində ailəsi ilə şam yeməyindən çıxan Konor Makqreqor qaradərili bir şəxsə ayaqqabılarını təmizlədib və bu səhnəni çəkərək öz “Instagram” səhifəsində paylaşıb.
Video dərc ediləndən dərhal sonra internet istifadəçiləri şərh yazaraq bu hərəkətin insan ləyaqətinin alçaldılması və ayaqqabı təmizləyən şəxsə qarşı hörmətsizlik kimi qiymətləndiriblər.