Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Soçidəki danışıqlarda Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcəklər.
Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb:
“29 sentyabrda Soçidə Rusiya Prezidenti Vladimir Putin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq.
Siyasi, ticarət və iqtisadi sahələrdə Rusiya-Türkiyə tərəfdaşlığının müxtəlif aspektlərini müzakirə etmək planlaşdırılır. Suriya, Liviya, Əfqanıstan və Cənubi Qafqazdakı vəziyyətin inkişafı da daxil olmaqla aktual beynəlxalq mövzularda ətraflı fikir mübadiləsi aparılacaq”.