İran Yəmən, İraq, Suriya və Livandakı müttəfiq qüvvələrini pilotsuz təyyarələrlə təchiz etməyi planlaşdırır.
Bu sözləri İsrailin Baş naziri Naftali Bennet BMT Baş Assambleyasının 76-cı sessiyasının ümumi siyasi müzakirələrində söyləyib.
“İran Yəməndə, İraqda, Suriyada və Livandakı əlaltılarını yüzlərlə, gələcəkdə isə minlərlə ölümcül pilotsuz təyyarə ilə silahlandırmağı planlaşdırır. Onlar bu öldürücü güc vasitəsi ilə Yaxın Şərq səmasını örtməyi planlaşdırırlar”, - deyə Naftali Bennet vurğulayıb.
İsrailin Baş naziri nitqinin davamında bəyan edib ki, İsrail İranın nüvə silahı istehsal etməsinə icazə verməyəcək:
“İran göründüyündən də zəif və çarəsizdir. İranın nüvə silahı əldə etməsinə icazə verməyəcəyik”.
//TASS