Perm-Yekaterinburq yolunda piyada keçidi avtomobillərin üzərinə aşıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində ölənlər var.
Qurbanlar iki yük maşınının sürücüləridir.
“Yol qəzası nəticəsində hər iki sürücü aldıqları xəsarətdən hadisə yerində ölüb. Hazırda federal magistral yolunun bir hissəsi hər iki istiqamətdə bağlanıb”, - deyə məlumatda bildirilir.
İlkin məlumata görə, hadisəyə səbəb yük maşını sürücüsünün kuzovu endirməməsi və onun yerüstü piyada keçidinin strukturuna toxunması olub. Nəticədə keçid “MAN”-ın və əks istiqamətdə hərəkət edən “Qazel”in üzərinə düşüb.