Norveç hökuməti koronavirus pandemiyası ilə bağlı tətbiq edilmiş bütün məhdudiyyətləri aradan qaldırır.
Müvafiq qərar sentyabrın 25-dən qüvvəyə minəcək.
Ölkənin Baş naziri Erna Solberqin sözlərinə görə, bundan sonra sosial məsafə saxlamaq tələb olunmayacaq, gecə klubları və restoranlar sərbəst şəkildə fəaliyyət göstərə biləcəklər.
Qeyd edək ki, Norveçdə əhalinin 76%-i bir, 67%-i isə hər iki doza ilə vaksinasiya olunub.