“Brioni” və “Saint Laurent” dəb evləri öz məhsullarının istehsalında təbii xəzdən istifadə etməyəcək.
Qərar 2022-ci ilin payız kolleksiyasından etibarən tətbiq olunacaq.
Qeyd edək ki, bundan öncə “Gucci”, “Balenciaga”, “Bottega Veneta”, “Alexander McQueen” və “Chanel” kimi tanınmış markalar da təbii xəzlərin istifadəsindən imtina edib.
Dəb evlərinin heyvan hüquqları müdafiəçiləri və ekofəallar tərəfindən şiddətli tənqidlərə cavab olaraq bu addımı atdığı bildirilib.