Rusiyanın Krasnoyarsk diyarında məktəbə hücum hazırlayan gənc saxlanılıb.
Bu barədə Rusiya Federasiyasının İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin TASS-a bildirib.
"Krasnoyarsk diyarında məktəbə hücumun qarşısı alınıb və oxşar hadisəni törətmək niyyətində olan gənc saxlanılıb", - o deyib. İstintaq Komitəsinin sədri təfərrüatları açıqlamayıb.
O bildirib ki, son illər ərzində müxtəlif regionlarda təhsil müəssisələrinə 10-a yaxın hücum olub.
Xatırladaq ki, sentyabrın 20-də Perm Dövlət Universitetinin birinci kurs tələbəsi ali məktəbin korpuslarından birinin ərazisində həmkarlarına atəş açıb. Nəticədə 6 nəfər həlak olub, təxminən 40 nəfər xəsarət alıb. Faktla bağlı iki və daha çox şəxsin qətli ilə bağlı cinayət işi qaldırılıb.