Beynəlxalq münasibətlərin hazırkı vəziyyəti dünyanı yeni "soyuq müharibə" vəziyyətinə qaytara bilər.
Bunu Macarıstanın xarici işlər və iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.
Macarıstanın baş diplomatı pandemiyanın yaratdığı çoxsaylı problemlərlə yanaşı, eyni zamanda ölkələrin bir-birindən daha çox asılı vəziyyətə düşdüyünü qeyd edib.
"Bir-birimizdən asılı olan dünyada yaşayırıq, buna görə də Şərq və Qərb arasında əməkdaşlığın daha çox hörmətə əsaslanacağına ümid edirdik. Təəssüf ki, yeni "soyuq müharibə" təhlükəsini görürəm", - Siyarto vurğulayıb.
Nazir qeyd edib ki, Çin və ABŞ kimi ölkələr arasında ticarət dövriyyəsinin artmasına baxmayaraq, qarşıdurma getdikcə artır.