Kinoteatrların fəaliyyəti bərpa edilir - RƏSMİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |     14:06 “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir  |     13:58 Türkiyənin bir sıra şəhərlərində yer titrədi  |     13:50 SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib  |     13:46 Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub  |     13:39 Avropa çempionu 65 yaşında vəfat edib  |     13:30 Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”  |     13:23 Burundi Senatının vitse-spikeri Azərbaycanda səfərdədir  |     13:14 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     13:04 AYNA: "COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb"  |    

Kinoteatrların fəaliyyəti bərpa edilir - RƏSMİ

2021-ci il oktyabrın 1-dən bəzi iş və xidmət sahələrinin fəaliyyəti bərpa edilir.

Bununla bağlı Nazirlər Kabineti yanında Operativ Qərargah qərar qəbul edib.

Qərara əsasən:

- istirahət və əyləncə məkanlarının (klublar daxil olmaqla), həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisində olanlar daxil olmaqla) fəaliyyəti;

- ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların, fəaliyyəti;

- iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, eləcədə ümumi tutumunun 50 faizindən çox olmamaqla kinoteatrların fəaliyyəti.

Fəaliyyəti bərpa edilən iş və xidmət sahələri saat 00:00-dək xidmət göstərir və həmin iş və xidmət sahələrinin qapalı məkanlarında göstərilən xidmətlərdən yaşı 18-dən yuxarı olan şəxslər yalnız COVID-19 pasportuna sahib olduqları halda istifadə edə bilərlər. Müəyyən səbəblərdən peyvənd oluna bilməyən şəxslər COVID-19 pasportu tələb olunan məkanlara əldə etdikləri COVID-19 infeksiyası əleyhinə peyvəndə Əks Göstəriş sertifikatı ilə daxil ola bilərlər.
скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 269 24.09.21 18:28