Fransada yüzlərlə tibb işçisi saxta COVID QR-kodları satmaqda günahlandırılıb.
Ölkənin 14 vaksinasiya mərkəzində aparılan yoxlamalar nəticəsində 36 min saxta vəsiqə ləğv edilib, onları satan 270 tibb işçisinə qarşı isə araşdırma başlanıb.
Saxtakarlıqda əli olan səhiyyə əməkdaşlarını 150 min avro cərimə və ya 5 ilədək həbs cəzası gözləyir.
Onların müştəriləri isə 45 min avro cərimə oluna, yaxud da 3 ilədək həbs cəzası ala bilərlər.