Müğənni İbrahim Tatlısəsə həbs cəzası verilib.
Median.Az baku.ws-yə istinadən xəbər verir ki, sənətçi bir müddət əvvəl "Tatlısəs tv"nin baş meneceri Fulya Akbay hədələyib və təhqir edib. Daha sonra Fulya vəkil tutaraq Talısesi məhkəməyə verib. Ötən gün sözügedən məhkəmə prosesi baş tutub.
Fulyanın vəkili Şeyda Yıldırım İbrahimin müvəkkilinə təhqir dolu mesajlar yazdığını bildirib. Sənətçi isə baş verənləri belə izah edib:
"Şirkətin işlərini Fulya və digər işçilərə həvalə etmişdim. Daha sonra xeyli qanun pozuntusu olduğunu öyrəndim. Nəticədə işlərinə son vermək qərarıan gəldim".
Bundan sonra hakim Fulyanı təhqir etdiyi üçün İbrahimə 740 lirə (145 AZN) cərimə, şantaj etdiyinə görə isə 2 ay 15 gün müddətinə həbs cəzası verib.