İrəvan Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ » Median.Az - Bütün xəbərlər bir ünvanda
16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |     14:06 “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir  |     13:58 Türkiyənin bir sıra şəhərlərində yer titrədi  |     13:50 SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib  |     13:46 Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub  |     13:39 Avropa çempionu 65 yaşında vəfat edib  |     13:30 Rumıniyalı nazir: “Moldova “Black Sea Energy” layihəsinə qatıla bilər”  |     13:23 Burundi Senatının vitse-spikeri Azərbaycanda səfərdədir  |     13:14 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     13:04 AYNA: "COP29-un 4-cü günündə 52 mindən çox sərnişin daşınıb"  |    

İrəvan Zəngəzur dəhlizinin açılmasına RAZILIQ VERDİ

Ermənistanın baş nazirinin müavini Suren Papikyan Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinlə görüşüb.

Median.Az
teleqraf.com-a istinadən bildirir ki, bu barədə Ermənistan hökumətinin mətbuat xidməti məlumat yayıb.

Görüşdə iki ölkə arasındakı münasibətlər, Qarabağdakı 44 günlük müharibədən sonra bölgədəki vəziyyət və regionda kommunikasiyaların açılması məsələləri müzakirə edilib.

Tərəflər Cənubi Qafqaz dəmir yolunun imkanlarının yenilənməsinin Ermənistanın və bölgənin digər ölkələrinin inkişafına təkan verəcəyini bildiriblər. Suren Papikyan regional kommunikasiyaların blokadadan çıxarılması kontekstində həm üçtərəfli formatda, həm də ATƏT-in Minsk qrupu çərçivəsində Rusiyanın xüsusi və effektiv rolunu vurğulayıb.

Tərəflər Gorus-Qafan yolundakı son durumla bağlı da danışıblar.

Qeyd edək ki, Cənubi Qafqaz dəmir yolunun Azərbaycandan keçən hissəsi 1989-cu ildən fəaliyyətini dayandırıb. Dəmir yolunun Türkiyəyə uzanan hissəsi də işləmir.

Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli anlaşmalar Zəngəzurdan keçməklə Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirəcək dəmir yolunun bərpasını da nəzərdə tutur. Avtomobil yolunun açılmasına razılıq verdiyini bildirən Ermənistan hələlik dəmir yolunun açılmasına etiraz edir. Baş nazirin müavini ilə səfir arasında müzakirə olunan bu məsələ isə İrəvanın mövqeyinin yumşalması kimi qəbul oluna bilər.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            462 23.09.21 23:23