ABŞ erməni əsilli Simonyan və 34 rusiyalıya qarşı sanksiyalar hazırlayır » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |     14:06 “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir  |     13:58 Türkiyənin bir sıra şəhərlərində yer titrədi  |     13:50 SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib  |     13:46 Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub  |    

ABŞ erməni əsilli Simonyan və 34 rusiyalıya qarşı sanksiyalar hazırlayır

ABŞ Konqresinin Nümayəndələr Palatasının komitəsi 35 rusiyalı məmur, iş adamı və jurnalistə qarşı sanksiyaların tətbiq edilməsini tövsiyə edən qanun layihəsini təsdiq edib.

Siyahıda rəsmi şəxslər arasında Rusiyanın Baş naziri Mixail Mişustin, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov, Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov, Rusiya Milli Qvardiya Federal Qoşunlarının direktoru Viktor Zolotov, Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin, səhiyyə naziri Mixail Muraşko, Moskva meri Sergey Sobyanin var.

Bundan əlavə, iş adamları Roman Abramoviç, “Rosneft”in rəhbəri İqor Seçin, “Qazprom”un rəhbəri Aleksey Miller, “Rossiya Seqodnya” və RT telekanalının erməni əsilli baş redaktoru Marqarita Simonyan, "Birinci kanal"ın rəhbəri Konstantin Ernst və bir sıra şəxslər də "qara sıyahı"ya düşə bilər.

Dəyişikliyin mətni Demokratlar Partiyasından olan konqresmen Tom Malinovski tərəfindən irəli sürülüb.

Qanun layihəsi ölkənin 2022-ci maliyyə ili üçün müdafiə büdcəsi layihəsinə dəyişiklik olaraq təqdim edilib. Layihə ABŞ Konqresinin tam tərkibi tərəfindən təsdiqlənməlidir.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            804 23.09.21 19:31