Rusiyada “Vahid Rusiya” partiyası Dövlət Dumasına keçirilən seçkilərdə 49,82 faiz nəticə göstərərək qalib gəlib.
Bu barədə Rusiya Mərkəzi Seçki Komissiyası protokolların 100 faizinin sayılmasından sonra məlumat yayıb.
Protokolların nəticəsinə əsasən, Rusiya Federasiyası Kommunist Partiyası - 18,93 faizlə ikinci, Liberal Demokrat Partiyası - 7,55 faizlə üçüncü yerdə qərarlaşıb.
İlk beşliyə 7,46 faizlə “Həqiqət naminə Ədalətli Rusiya” və 5,32 faizlə “Yeni insanlar” partiyası daxil olub.
Beləliklə beş partiya beş faizlik seçki baryerini aşaraq Dövlət Dumasına daxil olub.
//“RİA Novosti”