“BioNTech”in yaradıcısı: "Bu il uşaqlara COVID-19 əleyhinə vaksin vurula bilər" » Median.Az - Bütün xəbərlər bir ünvanda
18:11 Uşaqlar və böyüklər arasında yayılan virusla bağlı tanınmış professordan XƏBƏRDARLIQ  |     17:51 Azərbaycan və Maldiv arasında iki memorandum imzalandı  |     17:18 Albaniya Parlamentinin sədri Azərbaycana səfərə gəlib  |     17:04 Azərbaycanlı futbolçu "Real Madrid"də çıxış edə bilər  |     16:48 Hava şəraiti qeyri-sabit keçəcək  |     16:27 "Sky sports"un tanınmış şərhçisi "Qarabağ"ın dəvəti ilə Bakıya gəlir  |     16:10 Azərbaycanda tələbə vəfat etdi (FOTO)  |     16:01 İspaniyada qocalar evində dəhşətli yanğın - 10 nəfər öldü  |     15:55 Paşinyan psixoloji problem yaşayır? - AÇIQLAMA  |     15:46 Türkiyə-Gürcüstan sərhədində zəlzələ baş verib  |     15:17 Tramp öz vəkilini ABŞ baş prokurorunun müavini təyin etdi  |     15:06 "Kartdan-karta" üsulu ilə işləyən daha 170 sahibkara maliyyə sanksiyası tətbiq edilib  |     14:33 İlham Əliyevdən yüksək vəzifəyə TƏYİNAT  |     14:26 Lionel Messi Paraqvaya məğlub olduqları görüşdə baş hakimi təhqir edib  |     14:20 Xaçmazda ər-arvadı öldürüb evlərini yandırmaqda təqsirləndirilən şəxslə bağlı qərar verilib  |     14:12 Azərbaycan XİN başçısı COP29 çərçivəsində CARICOM-un baş katibi ilə danışıqlar aparıb  |     14:06 “Azərpoçt” elektrikli və yaxud hibrid nəqliyyat vasitələrindən istifadə etmək istəyir  |     13:58 Türkiyənin bir sıra şəhərlərində yer titrədi  |     13:50 SOCAR "yaşıl istiqraz" buraxmağa qərar verib  |     13:46 Muhsin Şentürk: İqlim dəyişikliyi artıq insan hüquqları sahəsində problemlərə səbəb olub  |    

“BioNTech”in yaradıcısı: "Bu il uşaqlara COVID-19 əleyhinə vaksin vurula bilər"

"İmmuniteti zəif olan insanlara koronavirus əleyhinə üçüncü doza vaksin vurulması mütləqdir”.

Bunu COVID-19-a qarşı "BioNTech” vaksinini kəşf edən türkiyəli alim Uğur Şahin Almaniya qəzetlərindən birinə verdiyi müsahibəsində deyib.

O, 5-11 yaş arası uşaqların COVID-19-a qarşı vaksinasiya olunması məsələsinə toxunaraq bildirib ki, bu il üçün uşaqlara peyvənd vurula bilər: "Bu istiqamətdə aparılan bütün araşdırmalar müsbət nəticə verib və əgər aidiyyəti qurumlar razılıq versə, böyük ehtimal bu il məsələ öz həllini tapmış olacaq. Sentyabrın sonunadək Avropa və ABŞ-dakı rəsmilərə verəcəyimiz məlumatlardan nəticə ala biləcəyik”.

U.Şahin hazırda Almaniyada "Delta” ştamının yoluxma sayında artıma səbəb olduğunu da vurğulayıb: "Payız aylarında yoluxma sayının artması qaçılmazdır. Təəssüf ki, virusun yoluxma faizi çox yüksəkdir. Əhalinin 70-80 %-i peyvənd olunsa belə, yerdə qalan 20 % vaksinasiyadan keçmədiyi üçün əlavə qorunma olmadan yoluxma hallarının artmasının qarşısını ala bilmərik. Vəziyyətin qarşısını almaq üçün xüsusilə də qapalı məkanlarda sərt tədbirlərin həyata keçirilməsinə ehtiyac var”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            459 13.09.21 21:08