Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossinin rəhbərlik etdiyi nümayəndə heyəti İran tərəfi ilə danışıqlarda iştirak etmək üçün şənbə günü axşam (11 sentyabr - Red) Tehrana gələcək.
Bu barədə İranın Atom Enerjisi Təşkilatının (AEOİ) rəsmi nümayəndəsi Behruz Kamalvandi məlumat verib.
Qeyd olunub ki, bir günlük səfər çərçivəsində MAQATE və İran arasında əməkdaşlığın müxtəlif aspektləri müzakirə ediləcək.