Ukraynanın Xmelnitsk vilayətində Vladimir Leninin sonuncu heyəkli sökülüb.
Bu barədə “Dekommunizasiya Ukraina” (“Ukraynanın komminnizsizləşdirilməsi”) İctimai Hərəkatın qurucusu Vadim Pozdnyakov bu barədə feysbuk səhifəsində yazıb.
“Xmelnitsk vilayətində Kamenes-Podolsk yaxınlığında yerləşən Mileviç kəndindən Leninin sonuncu heykəli uçurulub. İndi növbə Vinnisk və Poltava vilayətlərindəki iki heykəlindir. Bu ilin sonunadək ölkə Leninin heykəlindən tamamilə təmizlənəcək”, - V.Pozdnyakov bildirib.