Ukrayna və ABŞ hökumətləri arasında ticari əməkdaşlıq haqqında memorandum imzalanıb.
Bu barədə cümə günü Ukrayna prezidentinin ofisi məlumat verib.
"Ukrayna Prezidentinin ABŞ-a işgüzar səfəri çərçivəsində bir sıra vacib sənədlər, xüsusən də Ukrayna və ABŞ hökumətləri arasında ticari əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb", - məlumatda belə deyilir.
Memorandumu Ukraynanın Baş nazirinin birinci müavini, İqtisadi İnkişaf, Ticarət və Kənd Təsərrüfatı naziri Oleksi Lyubçenko və ABŞ Ticarət Naziri Qina Raimondo imzalayıblar.
Sənədə əsasən, tərəflər kommersiya layihələri hazırlamağı və həyata keçirməyi, həmçinin Ukrayna və ABŞ-da dövlət satınalmalarında iştirak etməyi planlaşdırırlar.