Böyük Britaniyadan Əfqanıstanı tərk etmək istəyənlərə tövsiyə » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |    

Böyük Britaniyadan Əfqanıstanı tərk etmək istəyənlərə tövsiyə

Böyük Britaniyanın müdafiə naziri Ben Uollis təyyarə ilə ölkəni tərk edə bilməyən Əfqanıstanda qalan qaçqınlara tövsiyə edib ki, quru yollardan istifadə etsinlər.

Bu barədə o “The Times” qəzetinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, xarici missiyalarla əməkdaşlıq edən bir çox Əfqanıstan vətəndaşı “Taliban”ın qisas almaq qorxusundan indi ölkəni tərk etməyə çalışır. Amma Kabil hava limanına insanların axını səbəbindən hamı reyslərə minə bilmir.

Eyni zamanda, britaniyalı nazir qeyd edir ki, Əfqanıstanla qonşu ölkələr arasında bütün təyin olunmuş sərhəd keçidləri “Taliban”ın nəzarətindədir.

Bu vəziyyətdə o, Əfqanıstandan qaçmaq istəyənlərə, mümkünsə, sərhədi keçmək və üçüncü ölkələrə getmək üçün başqa quru yollarını axtarmağı tövsiyə edib. Onun fikrincə, bu, ən təhlükəsiz variantdır.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyindən verilən açıqlamada Əfqanıstanda olan britaniyalılara terror hücümü barədə xəbərdarlıq edilib:

“Davam etməkdə olan və güclü terror hücumu təhlükəsi var. Kabil Beynəlxalq Hava Limanına getməyin. Hava limanı bölgəsindəsinizsə, təhlükəsiz bir yer və yeni tövsiyələri gözləyin”.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            1 662 26.08.21 19:54