Rusiyanın yeni tank əleyhinə raket kompleksləri “Kornet” Tacikistandakı Rusiya hərbi bazasında xidmətə başlayıb.
“RİA Novosti” bu barədə Mərkəzi Hərbi Dairənin (CVD) mətbuat xidmətinə istinadən xəbər yayıb.
Qeyd edilir ki, “Kornet” tank əleyhinə raket sistemləri vertolyotlar və pilotsuz uçuş aparatları da daxil olmaqla düşmənin zirehli texnikasını və hava hədəflərini məhv etmək üçün nəzərdə tutulub.
Tacikistanda yerləşən 201-ci hərbi baza - Rusiyanın xaricdəki ən böyük hərbi obyektidir.