Taliblər Əfqanıstanı idarə etmək üçün şura yaradır » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |     20:11 COP29 çərçivəsində IDEA və "Clean Air Fund" tərəfindən panel müzakirələri təşkil olunub  |     19:54 Leyla Əliyeva Çin pavilyonunda təşkil olunan paneldə iştirak edib  |    

Taliblər Əfqanıstanı idarə etmək üçün şura yaradır

“Taliban” Əfqanıstana nəzarət etmək üçün 12 nəfərdən ibarət şura yaratmaq niyyətindədir.

Bu barədə “Foreign Policy” məlumat yayıb.

Bildirilir ki, yeni administrasiyanın “beynəlxalq ictimaiyyətə məqbul” görünməsi üçün şuranın tərkibinə bəzi “keçmiş hökumət üzvləri” də daxil olacaq.

Qəzetin yazdığına görə, şuraya “ən nüfuzlu üç şəxs” – taliblərin siyasi qanadının lideri Əbdül Qəni Baradar, “Taliban”ın qurucusunun oğlu Məhəmməd Yakub və “Taliban”la əlaqəli “Haqqani Şəbəkəsi”nin yüksək vəzifəli şəxsi Xəlil Haqqani daxil olacaq. Nəşr qeyd edir ki, Haqqani Birləşmiş Millətlər Təşkilatı və ABŞ tərəfindən qara siyahıya salınıb.

Qeyd edək ki, “Taliban” 15 avqust 2021-ci ildə Kabili tutub. Onlar Əfqanıstanı azad etdiklərini bildiriblər və apardıqları müharibəni bitmiş hesab ediblər. Əfqanıstan Prezidenti Əşrəf Qəni ölkədən qaçıb.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            975 24.08.21 13:25