Hindistanın şimalındakı Uttarakhand əyalətində hər il keçirilən “Bagwal” dini festivalı zamanı azı 75 nəfər müxtəlif dərəcəli xəsarət alıb.
“The Times of India” qəzetinin xəbərinə görə, bayram bir-birinə daş atan bir neçə yerli ailə klanının üzvləri arasında “döyüş”lə yekunlaşıb.
2013-cü ildə Uttarakhand Ali Məhkəməsinin bayramı zamanı daş atmaqla bağlı qadağasına və bunu yalnız çiçəklər və meyvələrlə qeyd etməklə bağlı müraciətinə baxmayaraq, bu ənənə insanların həyatı və sağlamlığı üçün təhlükə yaratmaqda davam edir.
Sakinlər tanrıya “qanlı qurban”ın olmamasının bədbəxtliyə səbəb olacağını düşünərək, bu qadağanı qəbul etməyiblər.