ABŞ-ın Nyu-York şəhərində məktəblərdə müəllimlərin və digər təhsil işçilərinin koronavirus vaksini vurdurması məcburi olub.
Median.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, dövlət məktəblərində işləyən hər kəs sentyabrın 27-dək vaksinasiyadan keçməlidir.
Vaksin olunmayan şəxslərə test vermək seçimi təqdim edilməyib. Bu şəxsləri hansı sanksiyaların gözlədiyi isə açıqlanmayıb.