Latviyanın ABŞ-a birləşdirilməsi barədə zarafat niyyətilə petisiya hazırlamış və buna görə islah işlərinə cəlb olunmuş Denis Bartetskinin işi ölkənin Konstitusiya məhkəməsinədək gedib çatıb.
“RİA Novosti” xəbər verir ki, indi Latviyanın ali məhkəmə orqanı petisiya müəllifi barədə hökmün ölkə Konstitusiyasına uyğunluğu barədə qərar qəbul etməlidir.
Qeyd edək ki, sözügedən petisiya üzrə imzatoplama kampaniyası 2016-cı ilin fevral ayında başlayıb və Avaaz.org portalı vasitəsilə aparılıb.