Əfqanıstanlılar ölkəni qorxudan yox, iqtisadi səbəblərdən tərk edirlər.
Bunu “Taliban”ın sözçüsü Suheil Şahin “Sky News”a müsahibəsində deyib.
“Onlar Qərb ölkələrinə köçmək istəyirlər. Bu bir növ iqtisadi miqrasiyadır. Əfqanıstan kasıb bir ölkədir, əhalisinin 70 %-i yoxsulluq içində yaşayır, ona görə də hamı Qərb ölkələrinə yerləşmək, firavan həyat yaşamaq istəyir”, - deyə o bildirib.