Yaponiyanın Yokohama şəhərində 58 yaşlı kişi 82 yaşlı anasını döyərək öldürüb.
“Japan Today” xəbər verir ki, cinayət paltarların yuyulmasında yol verilən nöqsana görə baş verib.
Oğul anasına əsəbiləşib və ona hücum çəkərək qadını qətlə yetirib.
Qeyd olunur ki, qadın demensiya xəstəliyindən (ağlın zəifləməsi, əvvəllər qazanılmış bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi) əziyyət çəkib.
Anasını öldürən şəxs özü polis bölməsinə yaxınlaşaraq cinayəti törətdiyini etiraf edib və hüquq-mühafizə orqanlarına təslim olub.
Qatil ilkin açıqlamasında bildirib ki, anası paltarların yuyulma qaydalarına riayət etmədiyi üçün onların arasında mübahisə düşüb və o, əsəblərinə hakim ola bilməyərək anasını öldürüb.