Yunanıstan hökuməti Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq ölkəyə quru və dəniz sərhədləri ilə miqrantların qanunsuz daxil olmasının qarşısını almağa hazırdır.
TASS xəbər verir ki, bu barədə Yunanıstan baş nazirinin mətbuat xidməti Milli Təhlükəsizlik Şurasının (KYSEA) iclasından sonra bildirib.
“Görüşdə Əfqanıstanda vəziyyətin inkişafı qiymətləndirilib. Yunanıstan qüvvələri ilə əməkdaşlıq edən şəxslərin və ailələrinin Əfqanıstandan təhlükəsiz qayıdışının koordinasiya edilməsi prioritet olaraq qalır. Bütün zəruri tədbirlərin koordinasiyası Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir”, - deyə qeyd edilir.
Mətbuat xidmətindən bildiriblər ki, həm Avropa, həm də ikitərəfli və milli səviyyədə sərhədlərin qorunması və yeni humanitar böhranın qarşısını alınmasının planlaşdırılması müzakirə edilib.