Əfqanıstanı tərk edən prezident Əşrəf Qani xəstəxanaya yerləşdirilib.
Bu barədə Əfqanıstan xarici işlər nazirinin keçmiş köməkçisi məlumat yayıb.
Onun sözlərinə görə, hazırda Qani Əbu-Dabi xəstəxanalarının birində müalicə alır.
Xatırladaq ki, avqustun 15-də “Taliban” silahlıları Kabilə daxil olduqdan sonra Əfqanıstan prezidenti Əşrəf Qani həyat yoldaşı, övladları və iki köməkçisi ilə birgə paytaxtı tərk edib.