Feysbuk sosial şəbəkəsi koronavirusla bağlı yalan məlumatların yer aldığı 18 milyon paylaşımı silib.
Bunu sosial şəbəkənin qurucusu Mark Zukerberq "CBS" televiziya şirkətinə müsahibəsində bildirib.
"Platformamızda təhlükəli yanlış məlumat görsək, onu silirik. Belə yalan məlumatlar yaymaq bizim siyasətimizə ziddir", - deyə Zukerberq etiraf edib.
Qeyd edək ki, iyulun 16-da ABŞ Prezidenti Cozef Bayden sosial şəbəkə hesablarında koronavirusla bağlı yanlış məlumat yayan şəxslərin insan ölümünə səbəb olduqlarını demişdi.