PKK terror təşkilatı Suriyada Tel Rıfat yaşayış məntəqəsinin ərazisindən Afrin şəhərinə 3 raket atıb.
Bu barədə Hatay valiliyindən məlumat verilib.
Bildirilib ki, PKK-nın Afrin mərkəzini raket atəşinə tutması nəticəsində biri uşaq olmaqla 3 mülki şəxs həyatını itirib, 4 nəfər isə xəsarət alıb.