Dünyanın ən böyük sərvət fondu Norveç Suverən Fondu bu ilin ilk 6 ayında 110 milyard ABŞ dolları məbləğində gəlir əldə edib.
Bununla da, Fondun gəlirliliyi 9,4 % səviyyəsində olub.
Məlumata görə, Norveç Suverən Fondu təkcə səhm investisiyalarından 14 %, daşınmaz əmlaka qeyri-dövlət investisiyalarından 4,6 % gəlir əldə edərkən, sabit gəlirli qiymətli kağızlara investisiyalarından 2 %, bərpa olunan enerji infrastrukturuna yatırımlarından isə 1,9 % zərərə uğrayıb.
Fondun dəyəri 1,4 trilyon ABŞ dolları təşkil edir.