Əfqanıstanın Nangarhar əyalətinin Cəlalabad şəhərində “Taliban” yaraqlıları dinc etirazçıları güllələyiblər.
Bununla bağlı görüntülər “Pajhwok Afghan News” tərəfindən “Twitter”də paylaşılıb.
Bildirilir ki, insanlar dövlət bayrağı üçün ayağa qalxıblar.
İlkin məlumatlara görə, hadisə yerində ölən və yaralananlar var. Onların sayı dəqiqləşdirilməyib.