ABŞ səfirliyində Əfqanıstan vətəndaşlarının pasportları məhv edilib » Median.Az - Bütün xəbərlər bir ünvanda
22:37 Tədqiqatçılar cütlüklər üçün ideal yaş fərqini açıqladı  |     22:18 Pos-terminallarla işləməyən sahibkarlara nəzarət necə olur?  |     22:11 Taksilərin qiymətindəki ucuzluq nə qədər davam edəcək? (AÇIQLAMA)  |     22:10 Mağazada sındırılan əşyanın pulunu kim ödəməlidir? (AÇIQLAMA)  |     22:09 ABŞ-da azərbaycanlı qadın qəzada öldü  |     22:04 Bakıda su quyusuna düşən gənc xilas edilib - VİDEO  |     22:03 Ceyhun Bayramov NATO baş katibinin köməkçisi ilə görüşüb  |     22:02 Vəzifəli şəxslərə rüşvət verməklə cinayət məsuliyyətindən azad etdirəcəyini vəd verib – MƏHKƏMƏ  |     22:01 Filarmoniya direktorunun köməkçisi barəsindəki cinayət işinə xitam verilib  |     22:00 Oktyabrda 763 nəfərin Azərbaycana girişi məhdudlaşdırılıb  |     21:59 Yevlaxda avtomobillər toqquşub, ölən və xəsarət alan var  |     21:59 Naxçıvanda 1 500-dən çox elektrik sayğacı yenisi ilə əvəzlənib  |     21:58 Fransa - İsrail matçında tamaşaçı sayı baxımından antirekord qeydə alınıb  |     21:56 Rusiya Xəzər Donanması yeni gəmilər və silahlarla təchiz olunacaq  |     21:55 AK Aİ-nin ümumi müdafiə satınalmaları üçün 300 milyon avro ayırıb  |     21:38 Keşlə qəbiristanlığındakı bəzi məzarlar başqa əraziyə KÖÇÜRÜLDÜ  |     21:22 Fatih Terim Azərbaycana gəldi  |     21:12 Bakıda polis faciəli şəkildə öldü  |     20:43 Avropa çempionatı: Cüdoçumuz qızıl medal qazandı  |     20:20 Ermənistan "TIR"ları Rusiyaya buraxılmadı  |    

ABŞ səfirliyində Əfqanıstan vətəndaşlarının pasportları məhv edilib

ABŞ səfirliyinin əməkdaşları Kabildən təxliyə ərəfəsində sənədlər və avadanlıqlarla yanaşı Əfqanıstanın bir sıra vətəndaşlarının pasportlarını da məhv ediblər.

Bu barədə CNN telekanalı xəbər yayıb.

Konqresmen Endi Kimin ofisindən kanala bildirilib ki, ABŞ səfirliyində viza qəbulları dayandırılıb. Bununla əlaqədar olaraq diplomatik missiyada olan pasportlar məhv edilib.

Bu addımın sənəd sahiblərinin “Taliban”ın qurbanı olmaması üçün atıldığı güman edilir.

Konqresmen Tom Malinovski öz növbəsində qeyd edib ki, indi ABŞ hakimiyyəti pasportu olmayan insanları fərqli bir şəkildə, məsələn, telefon nömrələri ilə yoxlamalı olacaq.

“Bir çox hallarda onların əlaqə məlumatlarını, telefon nömrələrini bilirik və elə buna əsasən onları müəyyən etməli olacağıq”, - deyə o bildirib.скачать dle 11.3




Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!




            420 18.08.21 12:39