ABŞ hökuməti Əfqanıstan dövlətinin Amerikadakı bank hesablarında saxladığı dövlət ehtiyatlarını dondurub.
Bu barədə “The Washington Post” nəşri məlumat yayıb.
Qeyd olunur ki, qərar ABŞ-ın maliyyə naziri Canet Yellen tərəfindən ABŞ Dövlət Departamenti ilə aparılan məsləhətləşmərdən sonra qəbul edilib.
Həmçinin ABŞ hakimiyyəti “Taliban”a qarşı əlavə iqtisadi sanksiyaların tətbiq oluna biləcəyini də rəsmən elan edib.