Türkiyənin Qara dəniz bölgəsində baş verən sel fəlakətində ölənlərin sayı artmaqda davam edir.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyindən (AFAD) bildirilib.
Kastamonuda 62, Sinopda 11, Bartində 1 nəfər sel səbəbindən həlak olub. Bununla da, fəlakət qurbanlarının sayı 78 nəfərə çatıb.
Xatırladaq ki, avqustun 11-də Qara dənizin Qərb bölgəsində başlayan aramsız yağışlar səbəbindən Bartın, Kastamonu və Sinop şəhərlərində sel və daşqınlar meydana gəlib.
Hazırda axtarış-xilasetmə işləri davam edir.