Xızı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Qızılqazma kəndində qeydə alınıb.
Belə ki, təxliyə maşınının aşması nəticəsində 1968-ci il təvəllüdlü Cavid Qırxlar oğlu Ağarəhimov xəsarət alıb. O, ilkin tibbi yardımdan sonra təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhərindəki xəstəxanalardan birinə göndərilib.
Faktla bağlı araşdırma aparılır.