ABŞ Prezidenti Cozef Bayden Əfqanıstandakı vəziyyətlə əlaqədar dünya liderləri ilə telefon danışığı aparacaq.
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Cen Psaki jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
Onun sözlərinə görə, "Taliban" silahlıları Kabilə daxil olduqdan sonra ABŞ Prezidenti dünya liderləri ilə bu barərə müzakirələr aparmayıb.
Psaki qeyd edib ki, dünya liderləri ilə telefon danışığının yaxın günlərdə baş tutacağı gözlənilir.