İranda pandemiya başlayandan ən yüksək gündəlik yoluxma qeydə alınıb.
“Anadolu” agentliyi ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat verir ki, son sutkada 50 228 yeni yoluxma müəyyən edilib.
Həmin şəxslərdən 5 163-ü xəstəxanaya yerləşdirilib.
Ötən gün ərzində 625 nəfər virus səbəbindən ölüb.
Təxminən 83 milyon əhalisi olan ölkədə ümumilikdə 20 481 265 doza peyvənd vurulub.